Beynəlxalq III Qəbələ Mürəbbə Festivalı
Bu xəbəri paylaş
Sizi 29.08.2015-ci il tarixində Qəbələ rayonunda keçiriləcək Beynəlxalq III Qəbələ Mürəbbə Festivalına dəvət edirik.Festival Dünya Kulinariya Təşkilatları Birliyi və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçırilir. Tədbirdə YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti xanım Karmen De Padilla iştirak edəcək.
Diqqətinizə çatdırırıq ki, Qəbələdə keçiriləcək Beynəlxalq III Qəbələ Mürəbbə Festivalında xarici ölkələrin kulinarları və Azərbaycanın bölgələri, sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr iştirak edəcək və hər iştirakçı 8 növ mürəbbə gətirəcək. Festivalda bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə və xarici iştirakçı üçün xarakterik olan mürrəbə məhsullarının, əl işlərinin sərgisi təşkil olunacaq. Festivalın rəsmi açılışı 29 avqust saat
14:30 -da Qəbələ rayonu «Qafqaz Karvansaray» oteldə keciriləçək.
Sizi Festivalda görməyimizdən məmnun olarıq.