2015-2016-cı tədris ilində hansı dəyişikliklər olacaq ? -

2015-2016-cı tədris ilində hansı dəyişikliklər olacaq ?

Son illər əldə olunan yüksək uğurlarla valideynlərin və şagirdlərin etimadını qazanan Xəmsə kursları növbəti tədris ilindən etibarən təlim-tədris prosesinin metodik bazasının yenilənməsi və yaxın müddətdə intensiv tədrisin təşkilinin təmin edilməsi əsasında daha yüksək nəticələrin əldə olunmasına yönəlmiş yeni “ XƏMSƏ 2015-2016-cı il” proqramını həyata keçirəcək. 21 avqust 2015-ci il tarixində baş tutan İdarə Heyətinin iclasında qəbul edilən yeni qərarla şagirdlərin real vaxt imkanları daxilində proqramın nəzəri və praktik üstünlüklərindən yararlanmağının effektiv metodları təsbit edilmişdir. Proqram əsasında tətbiq ediləcək olan fənn tədrisinin həftə ərzində 4 və 6 saatlıq limitə qaldırılması, yüksək nəticə qruplarının yaradılması və sosial güzəşt paketinin tətbiq edilməsi metodoloji şuranın illik sistemli araşdırması sonrası yekdilliklə qəbul edilmişdir.

Xəmsə Kurslarının direktoru İnqilab Fərzəliyevin mətbuata verdiyi açıqlamada İdarə Heyətinin qəbul etdiyi qərarın təkcə birbaşa tədris prosesinin təkminləşdirilməsi istiqamətində deyil, həm imtahanların test təminatı, həftəlik, yarımaylıq və aylıq imtahanların keçirilməsinin yeni metodlarına yönəldiyi, həm də bundan sonrakı fəaliyyəti müddətində Xəmsə kursları ilə ictimaiyyət arasında olan etimadın daha da yüksəldilməsinə hədəflənmiş mərkəzləşdirilmiş məlumat-sorğu sisteminin qurulmasına əsas verdiyi vurğulanmışdır. Xatırladaq ki, İdarə Heyətinin qərarı əsasında Xəmsə kurslarında yeni tədris ilinə sentyabr ayının birindən etibarən start veriləcəkdir.

 

Ümüd Yusifov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !