Müğənni Səmra Rəhimli “O sevir” mahnısına yeni klip çəkdirib
Bu xəbəri paylaş
Müğənni Səmra Rəhimli musiqisi özünə, sözləri MC Murada aid olan “O sevir” mahnısına yeni klip çəkdirib. Klip müasir üslubda çəkilmişdir. Səmra bu klipdə çimərlik geyimində dəniz kənarında saksafon musiqi alətinin müşayiəti ilə axşam saatlarında çəkilib. Səmra “O sevir ” mahnısında vəfasız, saxta sevgilərin vecinə olmadığını və onlardan uzaq olduğunu, hətta özünün belə daimi olmadığını, hər şeyi öz gücünə edəcəyini söyləyir. Xatırladaq ki, Səmra “O səs Türkiyə” 4 – cü sezon musiqi yarışmasının iştirakcısı olub.
Hazırladı: Samirə
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !