Qubada Yaşıl xəzinəmizi qoruyaq! çağırış oldu -

Qubada “Yaşıl xəzinəmizi qoruyaq!” çağırış oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Quba 2 saylı humanitar təmaüllü liseydə keçirilib.
Tədbirdə liseyin şagirdləri və Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açaraq layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, Fondun gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin etməsindən, dövlət başçısı İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Layihə rəhbəri 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilməsini və ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərinin aparılmasından danışıb.
T. Turabov qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır. “Yaşıl Marafon” layihəsinə ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib.

 

Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən T. Turabov bu layihənin ekoloji mühitinin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu deyib.
Sonra çıxış edən Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev sözügedən layihənin zəngin təbiətə malik olan Quba rayonunda icra olunmasından məmnunluğunu bildirib. M. Hacıyev Prezident İlham Əliyev tərəfindən regionlarda turizmin inkişafı üçün yaradılan yüksək şəraitdən danışaraq təbiətin qorunmasının və ətraf mühitin mühafizəsinin aktual məsələ olduğunu qeyd edib. M. Hacıyev “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin adının tam bir çağırış olduğunu və şüar kimi yaddaşlarda qalacağını qeyd edib.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələrə layihə çərçivəsində hazırlanan bukletlər və köynəklər paylanılıb və xatirə şəkilləri çəkdirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !