Yurd Kənd təsərrüfatı ili çərçivəsində Qubada gənclər üçün Fərdi inkişaf məktəbi təşkil edib - FOTO

“Yurd” “Kənd təsərrüfatı ili” çərçivəsində Qubada gənclər üçün “Fərdi inkişaf məktəbi” təşkil edib FOTO

2015-ci il “Kənd təsərrüfatı ili” çərçivəsində Qubada gənclər üçün ictimai aktivlik layihəsinə başlanılıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Quba rayonunda gerçəkləşdirilən layihənin əsas məqsədi kənd ərazisində yaşayan gənclər arasında könüllülüyün təbliği, ictimai aktivliyin artırılması, onlarda liderlik keyfiyyətlərinin yüksəldilməsi, bacarıqlarının artırılmasıdır.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə layihə çərçivəsində Quba rayonunun 8 kənd ərazisində - Güləzi, Hacıqayıb, Qaraçay, Ağbil, Dağlı, Qəçrəş, Rustov, Püstəqasım kəndlərində 14-22 yaşlı gənclərin iştirakı ilə təlimlər təşkil olunacaq, gənclərə icma əlaqələrinin formalaşdırılması, icmalarda problemlərin həllində könüllü iştirak, müxtəlif tipli layihələrin hazırlanması və icra edilməsi mövzularında biliklər veriləcək.
Quba rayonunun Güləzi kəndində baş tutan ilk tədbirdə Güləzi, Aşağı Atuc və Əlibəyqışlaq kəndlərində yaşayan 25 nəfər gənc iştirak edib.
Rəsmi açılış mərasimində çıxış edən Quba rayon İcra Hakimiyyəti başçısının Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Arif Məmmədov, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin əsas məqsədinin ölkə prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili”çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olduğunu bildiriblər. Qeyd olunub ki, inkişaf edən ölkəmizin gələcək kadrları kimi məhz yetişməkdə olan gənc nəslin bu kimi bilik və bacarqılara indidən mənimsəməsinə, onların vətənpərvər bir gənc kimi yetişməsinə ehtiyac duyulur. Bu səbəbdən də bu kimi tədbirlər ölkəmiz üçün istedadlı gənclərin yetişdirilməsi və üzə çıxarılması üçün atılan ilkin addımlardır.
Rəsmi hissədən sonra təlimlərə start verilib. Gənclərə layihə çərçivəsində könüllülük, liderlik, natiqlik, icma ehtiyaclarının müəyyən edilməsi, layihə təkliflərinin hazırlanması mövzularında biliklər verilib. İştirkaçılara məlumatlandırıcı bukletlər, disklər, xüsusi hazırlanmış köynəklər və papaqlar paylanılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !