"Cızma-Qara" layihəsi çərçivəsində ilk təlim həyata keçirilib -

"Cızma-Qara" layihəsi çərçivəsində ilk təlim həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc yazar-tərcüməçi Züleyxa Məmmədovanın rəhbərliyi altında həyata keçirilən“Cızma-Qara” layihəsinin ilk təlimi 18 avqust tarixində baş tutub. Tədbirin açılışını Züleyxa Məmmədova edib və iştirakçılara Gənclər Fondu, onun yaranması və həyata keçirdiyi müxtəlif fəaliyyətlərdən, bu gün respublikada Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və bununla bağlı həyata keçirilən layihələrin gənclər tərəfindən böyük rəğbətlə qarşılanmasından bəhs edib. Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən təcrübəli təlimçi İlqar Mirzə layihənin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Layihənin keçirilməsində əsas məqsəd yeni nəsil bloqqer məktəbinin yaradılması və gənclərə bloqun aparılmaqaydalarının öyrədilməsidir.

Tədbir gənclər tərəfindən böyük maraqla qarşılandı. Qeyd edəkki, layihə çərçivəsində növbəti təlimlər 20 və 22 avqust tarixlərində keçiriləcəkdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !