Qubada Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirildi - FOTO (AZpress.AZ - Quba, Umud Yusifov)

Qubada Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirildi FOTO (AZpress.AZ - Quba, Umud Yusifov)

14.08.2015-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında MKS-nin mərkəzi kitabxanasının və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Bəxtiyarı” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov xalq şairi Bəxtiyar Vahabzadənin görkəmli sənətkar, xalqının canlı dil memarliğına öz töhfəsini verə bilən, insanların qəlbində möhtəşəm poeziya məbədini quran bir şair olduğunu qeyd etdi. Daha sonra çıxış üçün söz oxuculara xidmət şöbəsinin abonement bölmə müdiri Zəmirə İsgəndərovaya verildi. Zəmirə İsgəndərova şairin həyat və yaradıcılığından söz açaraq qeyd etdi ki, bədii yaradıcılığa 1943-cü ildə başlayan Bəxtiyar Vahabzadə 100-ə yaxın şer kitabının, monoqrafiyanın, elmi-publisistik məqalənin, tarixi mövzuda yazılmış 20-dən artıq iri həcmli poemanın müəllifidir. Tədbirdə həmçinin yazıçı Kərim Dünyamalı çıxış edərək Bəxtiyar Vahabzadənin 20-ci əsrin 60-cı illərindən başlayan milli azadlıq hərəkatının öncüllərindən olduğunu, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsinin dilə gətirdiyini qeyd etdi.II Nügədi kənd tam orta məktəbinin müəllimi şair Abdulla Məmməd Vahabzadənin yaradıcılığına nəzər salaraq bildirdi ki, zəngin Azərbaycan ədəbi ənənələrini yaşadan şairin əsərlərində qüdrət, aydınlıq, müdriklik var. Gənclər üçün Təhsil mərkəzinin nümayəndələrindən Elşən Əhmədzadə və Nuray Acalova çıxış edərək Bəxtiyar Vahabzadənin kamil cəhətlərindən biri kimi mövzu dairəsinin geniş və zəngin olduğunu, insanın yaşamaq eşqinə qol-qanad verdiyini bildirdilər. Tədbirdə kitabxananın fəal oxucularından Afət Rəhimova, Fatimə Əliyeva, Hüseyn Əsgərov və başqaları şairin şerlərindən parçalar səsləndirdilər. Sonda tədbir iştirakçıları oxu zalında hazırlanmış “Bəxtiyar Vahabzadə 90” adlı sərgiyə baxış keçirdilər .

 

 

FOTO: Umud Yusifov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !