Azərbaycan Respublikasının Xalq Artisti, milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızının 60 illik yubileyi olmuşdur -

Azərbaycan Respublikasının Xalq Artisti, milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızının 60 illik yubileyi olmuşdur

Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq Artisti Şöhrət orden laureantı milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızının 60 illik yubileyi olmuşdur. Sənətkara can sağlığı uzun ömür yeni-yeni rollar arzu edirik.
Nil heç vaxt qurumur,qəlbiniz Nil kimi həmişə axarlı olsun.
Ulduzların sayı yoxdur,hörmətiniz ulduzlar qədər olsun.
Ay yerdən ayrılmadığı kimi siz də həmişə qoşa olun.
Günəş təkdir, ona bənzəməyin.
Məhəbbətiniz torpaq qədər davamlı olsun.
Qəm əyir,sevinc ucaldır insanı.Qəm görməyin,həmişə sevinc,səadət icində olun.
Ən əsasıda can sağlığıdır. 100 yaşayın!
AD GÜNÜNÜZ MÜBARƏK!

 

Həyat
Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-ci ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. A. Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. A. Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub.
Xalq Artisti Bəşir Səfəroğlunun qızıdır.

 

Mükafatları
"Xalq Artisti" fəxri adı
"Şöhrət" ordeni
"Qızıl Dərviş" mükafatı
"Prezident mükafatı"
"Zirvə" mükafatı(Azərbaycan mədəniyyətinə dəyərli töhfə)
"Sənətkar ordeni"
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü"
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
Teatr səhnəsindəki rolları
Süleyman Ələsgərov,İsi Məlikzadə 'Subaylarınızdan görəsiniz'-Səməni
Emin Sabitoğlu,Sabit Rəhman 'Hicran'-Qızbacı
Üzeyir Hacıbəyov 'Olmasın Bu olsun'-Sənəm
Emin Sabitoğlu,Tamara Vəliyeva 'Bankir adaxlı'-Nisə
Qeybulla Rəsulov,Cavanşir Quliyev 'Məhəbbət oyunu'-Səltənət
Əli Əmirli 'İtgin ər'-Məleykə
R.Mustafayev, C.Məmmədov 'Məsmə xala dayımdır'-Məsmə
Faiq Sücəddinov,Tamara Vəliyeva'Mən dəyərəm min cavana '-Güldəstə
Əli Əmirli,Cavanşir Quliyev'Yeddi məhbusə anası'-Zalxa
Avksenti Saqareli,Vladimir Dolidzen'Xanuma'-Xanuma
Mirzə Fətəli Axundov,Əjdər Ol,Səyavuş Kərimi 'Kimyagər'-Kimyagər
Üzeyir Hacıbəyov'Ər və arvad'-Minnət xanım
Sərdar Fərəcov,Əziz Nesin'Şəhərdə manyak var'-Qəmzə xanım
Əli Səmədli'Toya bir gün qalmış'-Roza.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !