Qubada 12 avqust Beynəlxalq Gənclər Günü qeyd edildi - FOTO

Qubada 12 avqust Beynəlxalq Gənclər Günü qeyd edildi FOTO

Quba Rayon Gənclər və İdman İdarəsi tərəfindən 12 avgust Beynəlxalq Gənclər Günü ilə bağlı bayram konserti keçirildi. İlk öncə Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək gəncləri bayram münasibəti ilə təbrik etdi. Daha sonra rayonun istedadlı gənclərindən Əlövsət Səlimov, Elnur Əliyev, Coşqun Beydullayev və Azad Seyidov öz bacarıq və istedadlarını nümayiş etdirmişlər.
Tədbirdə gənclərin ifasında nümayiş etdirilən " Azərbaycan rəqsi " və nağaraçılardan ibarət "RİTMLƏR" ansamblının ifasında səsləndirilən ritm kompazisiyası iştirakçılara xoş ovqat bəxş etmişdir. Tədbirdə 500-ə yaxın gənc iştirak etmişdir

 

 

FOTO: Ümüd Yusifov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !