Quba rayonunda icra olunan Yaşıl xəzinəmizi qoruyaq! layihəsi davam edir -

Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində Quba 2 saylı humanitar təmaüllü liseydə növbəti tədbir keçirilib.
Tədbirdə Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev və liseyin şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açıb. Layihə rəhbəri layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
T. Turabov 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilməsini və ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərinin aparılmasından danışıb.
Layihə rəhbəri qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. “Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub, o cümlədən də Quba rayonu.

T. Turabov tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verərək zəngin təbiətə malik Quba rayonunda rəhbəri olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin adının məqsədini bildirdiyini və layihənin yaşıllıqlar və turizm regionu olan Quba rayonunda həyata keçirilməsinin məqsədəuyğunluğunu qeyd edib. Prezident İlham Əliyev tərəfindən regionlarda turizmin inkişafı üçün yaradılan yüksək şəraitdən danışan M. Hacıyev təbiətin qorunmasının və ətraf mühitin mühafizəsinin aktual məsələ olduğunu və bu məsələdə gənclərə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsində uğurlar arzulayıb.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tələbələrə layihə çərçivəsində hazırlanan bukletlər və köynəklər paylanılıb və xatirə şəkilləri çəkdirilib.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !