Afaq Bəşirqızı 60 illik yubileyini necə qeyd edəcək? -

Afaq Bəşirqızı 60 illik yubileyini necə qeyd edəcək?

Avqust ayının 15-i milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının doğum günüdür. Sevilən sənətkarımızı öncədən təbrik etmək məqsədilə biz də onunla əlaqə saxladıq.
Doğum günü təəsüratlarını bizimlə bölüşən Afaq xanım hazırda yaradıcılıq işləri ilə əlaqədar Bakıda olduğunu söylədi. 60 illik yubileyini qeyd edən sənətkar özünü yaxşı hiss etdiyini, doğum gününü də ailəsinin və yaxınlarının əhatəsində keçirəcəyini bildirdi.
Böyük sənətkar doğma teatrı, həmkarları və tamaşaçıları üçün darıxdığını, yeni teatr mövsümünü səbirsizliklə gözlədiyini də söyləməyi unutmadı.
Bildirdi ki, tez-tez sənət dostları ilə əlaqə saxlayır. "Hamımız doğma səhnə üçün artıq darıxmışıq" deyən böyük aktrisa Musiqili Teatrda builki mövsümün sentyabrın 10-da açılacağı barədə də ekskluziv məlumat verdi.
Biz də öz növbəmizdə, bir daha, Afaq Bəşirqızını təbrik edirik, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !