Qubada “Yurd” gənclər üçün Yay Liqası təşkil edib
Bu xəbəri paylaş
"Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Qubada artıq 3 ildir ənənəvi olaraq yay aylarında təşkil etdiyi III Xəmsə Yay Liqası turnirndə 3-cü turun oyunları keçirilib.
Quba Gənclər Mrəkəzində baş tutan turda 8 komanda 2 yarımqrupda mübarizə aparıb. A qrupundan Qubanı təmsil edən "Difai" və Qusar təmsilçisi "Eyforiya", B qrupundan isə Qusar intelleklərindən iabrət "Katyuşa" və Quba intellekt aləminin flaqmanı "Uran" finala vəsiqə qazanıb.
Gərgin və maraqlı keçən finalda Qubanın Zərdabi qəsəbəsini təmsil edən "Difai" komandası turun qalibi adını qazanıb. "Uran" ikinci, Qusar təmsilçiləri "Katyuşa" və "Eyforiya" isə müvafiq olaraq üçüncü və dördüncü yeri tutublar.
Liqaya 3 turdan sonra 102 xalla Qusar rayonunu təmsil edən "Katyuşa" başçılıq edir. "Edelveys" 61 xalla ikinci, "E-team" və "Difai" 52 xalla üçüncü və dördüncü yerləri bölüşür. "Uran" 51 xalla beşincidir.
Hər həftə bir turun oynanıldığı liqa 8 turdan ibarət olacaq.