Həyəcan Siqnalında təlimlər davam edir FOTO
Bu xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi, Türkan Nadirqızının təşkilatçılığı ilə həyata keçirilən “Həyəcan siqnalı” layihəsi davam edir:
Layihənin ikinci günündə iştirakçılar üçün növbəti təlimlər keçirildi.
Müdafiyə Nazirliyinin nümayəndəsi, ehtiyyatda olan zabit Rövşən Hüseynov jurnalistlərə "Müharibə Jurnalistikasının qaydaları" haqqında təlim keçdi. Təlim zamanı R.Hüseynov jurnalistlərə müharibə jurnalistikası haqqında, eyni zamanda jurnalist etikası haqqında danışdı.
Daha sonra isə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" haqqında təlim keçərək, jurnalistlərin suallarını cavablandırmışdır. Qeyd edək ki, təlimçilər və jurnalistlər arasında “Dağlıq Qarabağ və hərbi informasiyanın düzgün verilməsi haqqında” maraqlı diskussiya keçdi.