Gənclər təşkilatı Şimal regionunda Biznes Planlama Xidməti nin ilk təlimlərinə başladı -

Gənclər təşkilatı Şimal regionunda “Biznes Planlama Xidməti”nin ilk təlimlərinə başladı

Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi Şimal regionunda “Biznes Planlama Xidməti”nin ilk təlimlərinə başlamışdır.
“Biznes Planlama Xidməti”nin təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, biznesin idarəetməsi, marketinq, əməyin mühafizəsi və s. mövzular tədris olunacaqdır.
Bu gündən başlayan ilk təlimin mövzusu “Marketinq və onun həyata keçirilməsinin innovativ metodikası” olmuş, nəzəri biliklərin gənclər tərəfindən daha yaxşı qavranılması üçün “tətbiq edərək öyrənmək” texnikalarından istifadə edilmişdir. Qrup məşğələləri formatında davam edən təlim Ankara Universitetinin məzunu, “Sportsman” jurnalının marketinq meneceri Nuray Acalova tərəfindən keçirilmişdir.
Növbəti təlimlərin regionun aparıcı sahibkarları və peşəkar ekspertləri tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, gənclərin məşğulluq imkanlarının artırılmasına hesablanmış bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !