Gənclər Fondunun dəstəyi ilə "Gənc rəssamların tanıtım sərgisi" təşkil edilib -

Gənclər Fondunun dəstəyi ilə "Gənc rəssamların tanıtım sərgisi" təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc rəssamların tanıtım sərgisi” təşkil edilib. Azərbaycan Dövlət Müzey Sərgi kompleksində baş tutan sərgidə layihənin rəhbəri Elsevər Təhməzli çıxış edərək gənc rəssamların bu layihəyə cəlb edilməsi və onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün aparılan işlər barədə məlumat verib. O, gənclər tərəfindən çəkilmiş rəsm əsərlərini yüksək qiymətləndirdiyini deyib və bu cür layihələrin gələcəkdə davam etdiriləcəyini vurğulayıb. Layihənin rəhbəri layihə çərçivəsində gənclərlə maraqlı müzakirələr aparıldığını, həmin gənclərin yaradıcılıq qabiliyyətinin yüksək olduğunu bildirib. Təhməzli çəkilən rəsmlərdə gənclərin daxili aləminin, onların həyata baxışlarının, yeniyetmə və gənclik arzularının təsvir edildiyini də qeyd edib. O, əlavə edib ki, gənclərin əl işlərində Azərbaycan rəssamlığının izləri aşkar şəkildə görünür. Layihə rəhbəri həmçinin qeyd edib ki, müsabiqəyə 90-a yaxın iştirakçı tərəfindən 250-ə yaxın rəsm əsərləri təqdim edilib və ekspert tərəfindən həmin əsərlər qiymətləndirilib.Ilk 10 yerin qalibi diplom ve hədiyyələrlə , digər istirakçılar ise diplomlarla mükafatlandırılıb. Sərgi iştirakçıları da çıxışlarında bu layihənin həyata keçirilməsini müsbət qiymətləndirdiklərini və gənc rəssamların əl işlərinin onlarda böyük maraq yaratdıqlarını bildiriblər.

Samir Aslan
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !