İllüziya olmayan bir şeyi həqiqi bir şey kimi qəbul etmək deməkdir -

İllüziya olmayan bir şeyi həqiqi bir şey kimi qəbul etmək deməkdir

İllüziyaçı təbaşirlə qadın şəkili çəkdi, sanki sevdiyi qadındı deyə. Həmin qadını canlandırdı və qırmızı parçanı üzərinə tutaraq qadına qırmızı don geyindirdi. Tamaşaçılar bu illüziyadan çox heyrətləndilər. Şəkilini çəkərək canlandırdığı qız stulda əyləşmiş illüziyaçının gözlərini dəsmal ilə bağlayaraq, onun üstünə qara parça atır. Daha sonra illüziyaçının arxasına keçərək öz paltarını dəyişir. Cəld hərəkətlərlə qırmızı parçanı öz üzərinə çəkərək oğlanla yerlərini dəyişirlər. İllüziyaçı özünəməxsus hərəkətlərlə qızı çarpayıda uzadıb, sonra da çarpayı üzərindən yuxarıya-havaya qaldırır. Bu isə illüziyadır. İllüziyanın mahiyyəti olmayan bir şeyə tamaşaçını inandırmaqdır. İllüziyaçının bu nömrəsi tamaşaçıların böyük marağına səbəb oldu və illüziyaçı öz işini məharətlə yerinə yetirdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !