Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının istedadlı aktrisası Gültac Əlilinin doğum günüdür -

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının istedadlı aktrisası Gültac Əlilinin doğum günüdür

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının istedadlı aktrisası Gültac Əlilinin doğum günüdür.Aktrisaya can salığı uzun ömür arzu edirik.
Ulduzların sayı yoxdur,hörmətiniz ulduzlar qədər olsun.
Ay yerdən ayrılmadığı kimi siz də həmişə qoşa olun.
Günəş təkdir, ona bənzəməyin.
Məhəbbətiniz torpaq qədər davamlı olsun.
Qəm əyir,sevinc ucaldır insanı.Qəm görməyin,həmişə sevinc,səadət içində olun.
Ən əsası da can sağlığıdır. 100 yaşayın!
AD GÜNÜNÜZ MÜBARƏK!


Həyatı
Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsini bitirib.
Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsini bitirib.
2007-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə O.Rəcəbov,A.Babayev”Seytanın yubileyi” Xəyalə, R.Mirişli,M.Haqverdiyev”Qısqanc ürəklər” Leyla, S.Ələsgərov,Ş.Qurbanov ”Milyonçunun dilənçi oğlu” Qonşu qız,İ.Kalman ” İdialı qaraçı” Zari, R.Mirişli, M.Haqverdiyev ”Amerikalı kürəkən” Reyhan, O.Rəcəbov,A.Babayev ”Əlin cibində olsun” Əsmər, S.Ələsgərov,İ.Məlikzadə “Kələkbazlar” Çiçək, F.Sücəddinov, T.Vəliyeva ”Mən dəyərəm min cavana”Gülnaz, R.Hacıyev”Talelər qovuşanda” Nərgiz, Ə.Haqverdiyev ”Kimdir müqəssir” Bahar,Nikolay Qoqolun "Evlənmə" Aqafa Tixonovna,Ü.Hacıbəyov ”O olmasın bu olsun”Gülnaz R.Heydər O.Kazımi”Qızıl Toy” Aygün, Ə.Səmədli”Toya bir gün qalmış” Kiçik qız. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !