Prezident İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyib - FOTO

Prezident İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyib FOTO

Birinci Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsi davam edir.

Azərbaycan yığması yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb.

Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

Qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular.

Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk qarşılaşmada Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən voleybolçularımız İtaliya komandasından da 3:1 hesabı ilə üstün olmuşdular. Sonra Belçika voleybolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan yığması dörddə bir finalda Hollandiya millisini də 3:0 hesabı ilə məğlub edə bilmişdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !