Mehriban Əliyeva və ailə üzvləri birinci Avropa Oyunları çərçivəsində boks yarışlarını izləyiblər
Bu xəbəri paylaş
İyunun 19-da “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışları davam edib.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 91 kiloqram çəki dərəcəsində Azərbaycanı “Bakı-2015”də təmsil edən Məhəmmədrəsul Məcidovun çıxışını izləyiblər.
Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov yarışa səkkizdəbir final mərhələsindən qoşulub. Boksçumuz bu mərhələdə Gürcüstan təmsilçisi Mixeil Baxtidzeni 3:0 hesabı ilə məğlub edib.
Məhəmmədrəsul Məcidovun dörddəbir final mərhələsində rəqibi Türkiyə idmançısı Əli Dəmirəzən olacaq. Bu döyüş iyunun 22-də keçiriləcək.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !