I Avropa oyunları ərəfəsində Qubanın ucqar dağ kəndlərində də internetdən istifadə mümkünləşib -

I Avropa oyunları ərəfəsində Qubanın ucqar dağ kəndlərində də internetdən istifadə mümkünləşib

Qubanın ucqar dağ kəndləri internet xidməti ilə təmin olunub.
Quba Telekommunikasiya Qovşağından verilən məlumata görə, Xaltan, Yerfi, Söhüb, Əlik və Xınalıq kəndlərinə fiber-optik kabel vasitəsilə internet verilib. Belə ki, abunəçi potensialından asılı olaraq Xaltana 8, Yerfiyə 12, Söhübə 24, Əliyə 24 və Xınalığa 48 porta malik DSLAM internet avadanlığı qoyulub.

Qeyd edək ki, sözügedən işlər I Avropa Oyunları ərəfəsində həyata keçirilib. Bu da turistlərin həmin ərazilərdə istirahət zamanı yüksəksürətli internet xidmətindən istifadə edə bilməsinə şərait yaradıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !