Yaşıl xəzinəmizi qoruyaq! adlı layihəyə start verilib -

“Yaşıl xəzinəmizi qoruyaq!” adlı layihəyə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Tamerlan Turabov tərəfindən həyata keçirilən “Yaşıl xəzinəmizi qoruyaq!” adlı layihəyə start verilmişdir.

Layihə Quba rayonunda iyun ayının 1-dən sentyabr ayının 1-ə qədər davam edəcəkdir.

Layihənin məqsədi Quba rayonunda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin qismən həllində yeniyetmə və gənclər tərəfindən yeni təşəbbüslərin qaldırılmasına dəstək verilməsi və bu işlərə daha çox iştirakçıların cəlb edilməsi, gənclərin ekoloji tərbiyəsinin və biliklərinin inkişafına dəstək olmaq, gənclərin ekoturizmə maraqlarının gücləndirilməsidir.

Qeyd edək ki, 3 ay davam edəcək layihədə nəzərdə tutulan tədbirlər Quba rayonunda yeniyetmə və gənclərin, müəllimlər və valideynlərin iştirakı ilə həyata keçiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !