Leyla Əliyevanın baş redaktorluğu ilə Ekoloji Menecment dərs vəsaiti nəşr olunub -

Leyla Əliyevanın baş redaktorluğu ilə “Ekoloji Menecment” dərs vəsaiti nəşr olunub

Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik “Ekoloji Menecment” dərs vəsaitinin təqdimatı olub.

Kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçün də stolüstü kitab kimi xüsusi əhəmiyyət daşıyır.

“Ekoloji Menecment” kitabı ümumi ekologiyanın əsasları ilə yanaşı, biosenozlar, eko-sistemlər, maddələr dövranı, ekoloji amillər, canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası kimi mövzuları əhatə edir.

Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda bir sıra dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri, həmçinin özəl şirkətlər və vətəndaş cəmiyyəti üzvləri iştirak ediblər.

Sonda tədbir iştirakçılarına “Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !