Yurd Qubada Avropa Oyunlarını təbliğ etdi -

“Yurd” Qubada Avropa Oyunlarını təbliğ etdi

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB Quba rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının yeniyetmə və gənclər arasında təbliği istiqamətində tədbir keçirib.
Quba rayonunun Ağbil kəndində baş tutan tədbirdə məktəb şagirdləri və müəllimlər iştirak edib.
Çıxış edənlər, təşkilatın sədri Ramin Mahmudov və Quba rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xəyyam Şahazov bu möhtəşəm tədbirin Azərbaycanımız üçün əhəmiyyətini qeyd edib, tədbirlər bağlı hazırlanmış məlumat təqdimatını şagirdlərin nəzərinə çatdırıblar.
Bildiriblib ki, Avropa Oyunları 800 saat canlı yayım vasitəsiylə nəinki Avropada hətta uzaq şərq, Avstraliya, Latin Amerikası, ABŞ, Ərəb əmirlikləri və Afrikada yayımlanacaq. 750 media agentliklərində xəbər buraxılışları, 1 milyondan çox tamaşaçı kütləsi Azərbaycan adını eşidəcək, ölkəmizin birbaşa təbliğatının şahidi olacaqlar. Bu oyunların mükəmməl təşkilatçılıq ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, turizmin və iqtisadiyyatın inkişafına təkan verəcək.
Tədbirin sonunda Avropa Oyunlarının təbliği üçün Heydər Əliyev Fondu tərəfindən hazırlanmış xüsusi video material nümayiş etdiriib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !