Qubada Gənclər Dövlət Proqramı müzakirə olunub -

Qubada Gənclər Dövlət Proqramı müzakirə olunub

Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü, Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirə keçirilib. Tədbirdə Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Mustafa Nöhbalayev, ARGTMŞ-ın üzvü olan “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatının sədri Ramin Xudayev, “Yurd” Gənclərinin İntelektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və Quba şəhərinin ali təhsil müəssələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının nümayəndələri iştirak ediblər.
ARGTMŞ-ın təşəbbüsü ilə silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.
Görüş zamanı iştirakçılar tərəfindən Dövlət Proqramının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”-ın müvafiq maddələr üzrə müzakirələr aparılıb və “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər səsləndirilib. ARGTMŞ-ın təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !