Ağbil kəndində Milli-mənəvi dəyərlərimiz - milli kimliyimizdir! adlı tədbir keçirilib - FOTO

Ağbil kəndində “Milli-mənəvi dəyərlərimiz - milli kimliyimizdir!” adlı tədbir keçirilib FOTO

Azərbaycan Respublikası Təhsil Nazirlyinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında imzaladığı "Milli mənəvi dəyərlərin məktəblərdə təbliği" memorandumuna əsasən Bəhram Sultanov adına Ağbil kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə bütünlüklə milli adətlərimizin təbliği nümayış etdirilib.
Öncə tədbirə dəvət edilən məktəblərdən olan qonaqlar adət-ənənəmizə uyğun olaraq şərbətlə qarşılanıb. Daha sonra onlar qonaqpərvərliyimizin nümunəsi kimi müxtəlif milli yeməklərdən və əl işlərindən ibarət sərgi ilə tanış olub. Təqdim olunan yeməklər arasında Azərbaycan milli yeməkləri ilə yanaşı, ahıska türklərinin və ləzgilərin də milli yeməklərindən, şirniyyat növlərindən nümunələr sərgilənib.
Sərgi ilə tanışlıqdan sonra tədbirin rəsmi hissəsi məktəbin akt zalında davam etdirilib. “Milli-mənəvi dəyərlərimizin bü günü” adlı video rolikin nümyişindən sonra tədbiri giriş sözü ilə açan məktəbin psixoloqu Ramin Mahmudov bu tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib, yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlər üzərində tərbiyə olunmasında, bəşəri dəyərlərdən öncə milli dəyələrə bağlı bir nəslin formalaşmasında müəllimlərin, valiyenlərin və məktəbin birgə faəliyyətinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edənlər Ağbil kənd tam orta məktəbinin VIII sinif şagirdlərii Nərmin Sultanova və Leyla Mavludova, IX sinif şagirdi Səbinə Nəsirova, XI sinif Albina İsayeva, Susayqışlaq kənd ümumi məktəbinin müəllimi Kamran Abasov, Aşağı Atuc kənd tam orta məktəbinin müəllimi Vaqif Mürşüdov məktəbin XI sinif şagirdi Ömərova Məhubə, Aşağı-Xuc tam orta məktəbinin müəllimi Rəsul Paşayev tədbirin əhəmiyyətindən danışıb, belə möhtəşəm tədbirin təşkilinə görə məktəb kollektivinə təşəkkürlərini bildiriblər.
Çıxış edən rayon təhsil şöbəsinin metodisti Mehparə Rüstəmova milli-mənəvi dəyərlərinmizin qorunmasının və təbliğinin dəyişən və qloballaşan dünyada önəmli olduğunu bildirmiş, gənc nəslin bu dəyərlərə sadiqlik ruhunda yetişməsinin Azərbaycanımızın də var olmasındakı əhəmiyyətini bildirib. Tədbirdə eyni zamanda Ağbil kənd tam orta məkrəbində aidiyyatı mövzuda şagirdlər arasında keçirilmiş inşa yazı müsaiqəsinin mükafatlandırma mərəsimi də olub.
Ümumilikdə müsabiqəyə təqdim olunan 30 inşa arasında 10 nəfər mükafata layiq görülüb. VII sinif şagirdi Lamiyə Nəsirova, VIII sinif şagirdləri Nazlı Bayraqdarova və Təhminə Rüstəmova, X sinif şagirdi Nigar Rasikova müsabiqədə fəal iştirakına görə, IX sinif şagirdi Səbinə Nəsirova, X sinif şagirdi Dilarə Mustafayeva, XI sinif şagirdi Aysel Siracova III yeri tutduğuna görə, VII sinif şagirdi Nərmin Sultanova və XI sinif şagirdi Albina İsayeva II yeri tutduğuna görə, X sinif şagirdi Elvira Davrişova isə I yeri tutduğuna görə Quba rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən diplomlar və ötən ildən Azərbaycanda nəşrə başlayan beynəlxalq elmi dərgi olan National Geography jurnalının Kids əlavəsi təqdim edilib.
Rəsmi hissənin sonunda çıxış edən məktəbin direktoru Firiddin Musayev belə tədirlərin şagirdlərin düşüncə tərzinin müsbət formalaşmasında, ictimai aktivliyinin yüksəldilməsində əhəmiyyətindən danışıb.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir Ağbil kənd tam orta məktəbinin şagirdərinin ifasında bədii hissə ilə davam etdirilib.
VIII sinif şagirdlərndən ibarət "Trio" qrpunun ifasında iştirakçılar "Şuşanın dağları", "Kəndimiz", X sinif şagirdi Aytəkin Yaqubovanın ifasında "Çırpınırdı Qara dəniz", XI sinif şagirdi Aysel Siracova və X sinif şagirdi Aytəkin Yaqubovanın ifasındakı duetdə isə "Sarı gəlin" mahnısını dinləyiblər.
Tədbirdə IX, X və XI sinif şagirdlərinin ifasında ahıska türklərinin elçilik adətlərndən bəhs edən kiçik səhnəcik də nümayış etdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !