Azərbaycan mədəniyyəti, adət-ənənələrinin təbliği istiqamətində Quba rayonunun Xucbala kəndində yarış keçirilib - FOTO

Azərbaycan mədəniyyəti, adət-ənənələrinin təbliği istiqamətində Quba rayonunun Xucbala kəndində yarış keçirilib FOTO

Yarış Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunun “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində baş tutub.
5 komandanın tərkibində birləşən 30 nəfər yeniyetmə və gəncin işitrak etdiyi yarışda Azəraycan mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri, vətənpərvərlik mövzularını əhatə edən Nə? Harada? Nə zaman? intellekual oyun formatında hazırlanmış 30 sual səsləndirilib. Nəticədə “Şahdağ” komandasının intellektləri 50 fazilik nəticə ilə birinci olaraq final mərhələsinə vəsiqə əldə edib. “Parlaq şüaular” adlı komandanın biliciləri 11 xalla ikinci, “Qaliblər” komandası isə 8 xalla üçüncü olub.
Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Festivalın final mərhələsi may ayının 16-da Quba şəhərində baş tutacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !