Qubaya və Qusara qar yağır -

Qubaya və Qusara qar yağır

Aprelin 11-dən başlayaraq Quba, Qusar rayonlarının ərazisinə qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağıntı Qubanın Nohurdüzü, Qonaqkənd, Qırız, Xınalıq, Qusarın Kuzun və Ləzə kəndlərinə düşüb. Dağlıq ərazilərdə qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə şaxta qeydə alınıb.
Hazırda Qusar şəhərinə də qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən qarlı hava şəraitinin aprelin 14-dək davam edəcəyi bildirilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !