Gənclər finalda - FOTO

“Gənclər” finalda FOTO

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində Quba rayonunun Qaraçay kəndində gənclərinin iştirakı ilə keçirilən Nə? Harada? Nə zaman? intellektual oyununda İsnovqışlaq, Qaraçay, Alekseyevka, İqriq, Paşaoba, Vəlvələ kənd ərazisində yaşaya və təhsil alan 42 nəfər yeniyetmə və gənc iştirak edib.
“Zəka oyunları” festivalının Qaraçay kəndində baş tutan seçim turunda zonanı əhatə edən 6 kəndi təmsil edən 7 komandanın mübarizəsindən Alekseyevka kəndini təmsil edən “Gənclər” komandası finala vəsiqə qazanıb. 30 sualın yekununda xallar bərəbər olduğundan qalibi əlavə suallarla müəyyən etmək mümkün olub.
Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.
Rəsmi açılış mərasimində təşkilatın sədri Ramin Mahmudov gənclərin bu tipli layihələrdə iştirakının onların dünyagörüşünün artırılmasında, Azərbaycanımızın mədəniyyəti, adət-ənənələri barədə yeni biliklərin əldə edilməsindəki əhəmiyyətini vurğulayıb, Gənclər Fondu tərəfindən bu layihələrin dəstəklənməsi nəticəsində Qubada intellekt hərəkatının yüksəldiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Festivalın final mərhələsi may ayının 16-da Quba şəhərində baş tutacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !