Gənc musiqiçilərin uğurları
Bu xəbəri paylaş
Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Həşim Həşimov 27 mart-2 aprel tarixində Almaniyanın Muehlaker şəhərində keçirilmiş "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" adlı Beynəlxalq müsabiqədə II dərəcəli Diploma layiq görülmüşdür. Gənc pianoçu bu il habelə Serbiyanın Belqrad şəhərində keçirilmiş "Davorin Jenko" adına Gənc pianoçuların Beynəlxalq müsabiqəsində də böyük uğurla iştirak edərək I dərəcəli Diplomla təltif olunmuşdur.
Məktəbin bəstəkarlıq ixtisası üzrə şagirdi Arzu Abbasovanın skripka və fortepiano üçün yazılmış "Dalğaların rəqsi" (Dance of the waves) əsəri ABŞ-ın Nyu York şəhərində keçirilən gənc qadın bəstəkarların müsabiqəsində mükafata layiq görülmüşdür.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !