Gənclər Qubada yürüş etdi - FOTO

Gənclər Qubada yürüş etdi FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi və Quba rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı çərçivəsində gənclərin Quba Soyqırım Memorial Kompleksinə yürüşü təşkil olunmuşdur.
Yürüşdən öncə gənclərlə keçirilmiş görüşdə ermənilərin ölkəmizdəki soyqırım siyasəti haqqında geniş söhbət aparılmış, 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımlar zamanı ümumilikdə 700 minə yaxın azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirən daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmişdir. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilmişdir. Azərbaycanda arxeoloji qazıntılar davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıq üzə çıxacaqdır. Çünki bu qətliamlar bütün Azərbaycan üzrə kütləvi xarakter almışdır.
Daha sonra yüzlərlə gəncin iştirakı ilə yürüş keçirilmiş, soyqırım qurbanları anılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !