Qubada müəllimlərin maarifləndirmə layihəsi yekunlaşıb - FOTO

Qubada müəllimlərin maarifləndirmə layihəsi yekunlaşıb FOTO

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qubada icra edilən “Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz” adlı layihəyə yekun vurulub.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində Quba rayonunda çərçivəsində Quba rayonunun Xucbala və Qaraçay kənd tam orta məktəblərində çalışan müəllimlər üçün İKT, veb 2.0 vvə sosial şəbəkələr mövzularında təlimlər keçirilib.
Hər iki kənd məktəbində təşkil olunan təlimlərdə ümumilikdə müxtəif fənlər üzrə tədris verən 30 nəfər müəllimə MC Office proqramları, veb 2.0 sistemi, sosial şəbəkəlrə, təqdimatların hazırlanması, foto və video montaj proqramları üzrəndə iş mövzularında biliklər verilib.
Üç ay davam edən layihənin yekununda iştirakçı müüəllimlərə sertifikatlar təqdim edilib.
Təqdimat mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin metodisti Vüqar İmaməliyev və Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev layihənin əhəmiyyətini qeyd etmiş və layihəyə dəstək olduqlarına görə təhsil nazirlyinə minnətdarlıqlarını bildirərək əlavə ediblər ki, elektron təhil sistemində müəllimlərin İKT sahəsidə bilik və bacarıqlarının artırılması günün tələbidir. Bu baxımdan bu tipli layihələrin gələcəkdə də digər kənd məktəblərinin müəllimləri üçün təşkil edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, icra olunan layihə Azərbaycan Respublikasının Təhsil Naziliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” müsabiqəsi çərçivəsində baş tutub və əsas məqsəd “elektron məktəb-elektron müəllim” islahatına, xüsusilə də kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !