Qədim Alpan kəndində gənclər üçün tədbir keçirilib - FOTO

Qədim Alpan kəndində gənclər üçün tədbir keçirilib FOTO

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində ilk dəfə olaraq Quba rayonunun qədim yaşayış məskəni olan Alpan kəndində gənclərinin iştirakı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.
“Zəka oyunları” festivalının bu kənddə baş tutan seçim turunda iştirak edən 6 komandanın mübarizəsində son sualdan öncə liderliyi ələ alaraq 10 suala doğru cavab verən “Favorit” komandası finala vəsiqə qazanıb.
Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Festivalın final mərhələsi may ayının 16-da Quba şəhərində baş tutacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !