Zəka oyunları festivalı ənənəvi finalçı sız olacaq - FOTO

Zəka oyunları festivalı “ənənəvi finalçı”sız olacaq FOTO

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının Hacıqayıb kəndində baş tutan seçim turu gərginliyi ilə yadda qalıb və bu tip yarışlarda zonanın “əbədi çempionu” adını almış və eyni zamanda “ənənəvi finalçı” ünvanına sahib Qımılqışlaq kəndinin eyniadlı komandası festivalın finalına vəsiqəni son anda əldən verib.
Seçim turunda iştirak edən Hacıqayıb, Qımılqışlaq, Küpçalqışlaq, Əliməmmədoba, Hacıhüseynli kənd məktəblilərinin 8 komandasını mübarizəsində son sualdan öncə liderliyi ələ alaraq 16 suala doğru cavab verən “Əliməmmədoba kəndinin “İntellekt” komandası finala vəsiqə qazanıb. “Qımılqışlaq” komandasının intellektləri 15 doğru cavabla bu dəfə ikinciliyə yiyələniblər. Hacıhüseynlini təmsil edən “Şimşək” komandası isə 11 suala doğru cavab verməklə üçüncü mükafata sahib olub.
Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Festivalın final mərhələsi may ayının 16-da Quba şəhərində baş tutacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !