Qələbə qələbəsi ilə Qəçrəşi finala daşıdı - FOTO

“Qələbə” qələbəsi ilə Qəçrəşi finala daşıdı FOTO

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının Qəçrəş kəndində baş tutan seçim turunda “Qələbə” ntellektləri adlarına uyğun oaraq qələbəni bayram ediblər.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə seçim turunda iştirak edən 8 komandanın Nə? Harada? Nə zaman? formatında keçirilən mübarizəsində “Qələbə” biliciləri 15 suala doğru cavab verərək birinciliyi qazanmaqla may ayının 16-da Quba şəhərində baş tutacaq final mərhələsində Qəçrəş kəndini təmsil etmək hüququ qazanıb. Yarışda ikinci yeri 12 suala doğru cavab verən “Quba” komandası, üçüncü yeri isə 7 suala doğru cavab verən “Qəçrəş” komandası tutub.
Seçim turunu yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.
Fevral-may aylarını əhatə edəcək layihənin artıq dörd zonada seçim turları başa çatıb. “Sülhün elçiləri”, “Zaman”, “MAG” və “Qələbə” biliciləri may ayının 16-da Quba şəhərində baş tutacaq finalda iştirak haqqı qazanıb.
Qeyd edək ki, Azərbaycan Respublikassı Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !