Yurd müəllimləri maarifləndirir - FOTO

“Yurd” müəllimləri maarifləndirir FOTO

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz” adlı layihə çərçivəsində Quba rayonunun Xucbala və Qaraçay kənd tam orta məktəblərində çalışan müəllimlər üçün təşkil olunmuş İKT təlimlərə davam edir.
Təşkilatdan verilən məlumata görə layihə çərçicəsində Xucbala və Qaraçay kənd tam orta məktəblərində hər birindən 15 nəfər olmaqla 30 müəllim təlimlərə cəlb edilib.
Təlimlər çərçivəsində müəllimlərə MC Office proqramları, sosial şəbəkələrdən və internetdən tədris vəsaitləri kimi, eləcə də e-derslik.edu.az portalından istifadə qaydaları barədə həm nəzəri, həm də praktiki treninqlər keçirilib.
Təlimlərə cəlb edilmiş müəllimlər eyni zamanda tədris etdikləri fənlərə uyğun olaraq təqdimatlar hazırlamış və təqdim etmişlər. Təlimlər zamanı müəllimlərə həmçinin təqdimatların hazırlanmasında önəm verilməli olan xüsusular mövzusunda da maarifləndirici treninq təşkil edilib.
Qeyd edək ki, icra olunan layihənin əsas məqsədi “elektron məktəb-elektron müəllim” islahatına, xüsusilə də kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !