Finalda Zərdabini Zaman təmsil edəcək -

Finalda Zərdabini “Zaman” təmsil edəcək

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada icra etdiyi “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Quba rayonunun Zərdabi kəndində baş tutan “Zəka oyunları” festivalının seçim turunda Zərdabi, Qəcərzeyid, Bağbanlı və Zizik kəndlərində təhsil alan məktəblilərdən ibarət 6 komanda mübarizə aparıb. Nə? Harada? Nə zaman? formatında keçirilən seçim turunda Zərdabi kənd tam orta məktəbini təmsil edən “Zaman” komandası 1-ci, Bağbanlı kənd təmsilçisi “Odlar Yurdu” intellektləri 2-ci, Zizik kəndinin təmsilçisi “Evrika” biliciləri isə 3-cü olublar. Əsasnaməyə uyğun olaraq “Zaman” komandası Quba şəhərində baş tutacaq finala vəsiqə qazanıb.
Qeyd edək ki, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Tədbirdə çıxış edənlər – təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Mənsur Ağayev, Zərdabi kənd tam orta məəktəbinin direktoru Aygün İbrahimova layihənin əhəmiyyətini vurğulayıb, gənclərin təhsilə olan marağını artırmaqda bu tipli ətdbirlərin vaxtaşırı keçirilməsinin önəmli olduğunu bildiriblər.
Qeyd edək ki, fevral-may aylarını əhatə edəcək layihə Quba rayonunun daha 10 yaşayış məntəqəsində icra ediləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !