Samirə Mustafayeva: - "Gənclərin Olimpiya Oyunları zamanı nümunəvi davranış sərgiləmələri üçün maarifləndirmə işləri aparacağıq"

Samirə Mustafayeva: "Gənclərin Olimpiya Oyunları zamanı nümunəvi davranış sərgiləmələri üçün maarifləndirmə işləri aparacağıq"

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçiriləcək “Olimpiya həyacanını hiss et!” adlı layihənin icrasına başlayıb. Bu barədə məlumat verən birliyin sədri Samirə Musrafayevanın sözlərinə görə, Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətinin cəmiyyətdə təbliğ edilməsi layihənin qarşısında duran əsas məqsəddir:
"Üç ay ərzində icra ediləcək layihə zamanı olimpiya həyacanı fonunda gənclərin idmana marağının artırılmasına çalışılacaqdır. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə beynəlxalq əhəmiyyətli Avropa Olimpiya Oyunlarının keçirilməsinin ölkəmizin imicinə müsbət təsiri gənclərimizə çatdırılacaqdır.
Müxtəlif beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkələrdə belə maarifləndirmə kampaniyalarının aparılması cəmiyyətdə idmana marağın artırılması ilə yanaşı insanlarda məsuliyyət hissinin aşılanmasına da müsbət təsir edir. Beynəlxalq yarışlar zamanı idmançıların qarşılaşdığı problemlərdən biri irqçilik və etik davranış qaydalarının pozulmasıdır. İdmanın ali prinsiplərinə zidd olan belə hallara qarşı bütün dünyada mübarizə aparılsa da böyük yarışlar zamanı bu kimi hallarla qarşılaşmalı oluruq.
Bu layihədə bu prinsiplər əsasında idmanın dostluq, qardaşlıq anlayışı olduğunu gənclər arasında təbliğ etməyi, gənclərin Olimpiya Oyunları zamanı nümunəvi davranış sərgiləmələri üçün maarifləndirmə işləri aparmağı planlaşdırır. Layihə cəmiyyətimizin əsas dinamik üzvləri olan gənclərin belə mötəbər yarışların əhəmiyyətini anlamalarına və aktiv gənclərin ölkəmizdə ilk dəfə keçiriləcək olimpiya oyunlarında tamaşaçı kimi iştiraklarına həvəsləndirməyə xidmət edir".
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !