“İRƏLİ” İB-in təşkil etdiyi “Youth&Radio” tədbiri UNESCO tərəfindən rəsmi olaraq tanınıb
Bu xəbəri paylaş
13 fevral Ümumdünya Radio Günü münasibətiylə "İRƏLİ" İctimai Birliyi tərəfindən “Park Bulvar” ticarət və əyləncə mərkəzində təşkil olunacaq "Youth&Radio" tədbiri BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən rəsmi olaraq tanınıb və "World Radio Day" ilə bağlı müxtəlif ölkələrdə paralel olaraq keçirilən tədbirlər siyahısına salınıb. Qeyd edək ki, hər il fevralın 13-ü Beynəlxalq Radio Günü kimi qeyd edilir. Həmin tarixin seçilməsi təsadüfi deyildir. Belə ki, 1946-cı il fevralın 13-də “BMT-nin radiosu” ilk dəfə efirə çıxmışdır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !