Qubada Zəka oyunları festivalı başlayır -

Qubada “Zəka oyunları festivalı” başlayır

 Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada gənclər arasında “Zəka oyunları” festivalının icrasına başlayır.
Təşkilatdan verilən məlumata görə “İntellektlə yüksələk, pis vərdişə yox deyək” adlı layihənin reallaşdırılmasının əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Fevral-may aylarını əhatə edəcək layihəyə Quba rayonunun 12 yaşayış zonasında təqribən 50 məktəbdə təhsil alan 500-ə yaxın şagirdin cəlb edilməsi nəzərdə tutulub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !