Yurd un təşkilatçılığı ilə Quba rayonunun Xucbala kəndində müəlimlər üçün İKT təlimlərinə başlanılıb - FOTO

“Yurd”un təşkilatçılığı ilə Quba rayonunun Xucbala kəndində müəlimlər üçün İKT təlimlərinə başlanılıb FOTO

 “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz” adlı layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Xucbala kənd tam orta məktəbində keçirilib.
Təşkilatdan verilən məlumata görə layihə çərçicəsində Xucbala kənd tam orta məktəbində təşkil olunan tədbirdə çıxış edənlər “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu layihənin əhəmiyyətini vurğulayıb, son illərdə ölkəmizdə təhsil istiqamətində aparılan uğurlu islahatlardan söz açıblar. Bidirilib ki, artıq son illərdə kənd ərazilərində belə müasir infrastrukturlu məktəblərin tikilib istifadəyə verilməsi nəticəsində artıq kənd ərazilərində belə bu tipli layihlərin icrası üçün geniş imkanlar yaranıb.
Xucbala kənd tam orta məktəbinin direktoru Zülfiyyə Umudova bildirib ki, müəllimlərin daha keyfiyyətli və günün tələbləri səviyyəsinə dərslərini qura bilmələri üçün bu tip layihə və təlimlərin böyük əhəmiyyəti var.
Qeyd edək ki, icra olunan layihənin əsas məqsədi “elektron məktəb-elektron müəllim” islahatına, xüsusilə də kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.
Layihə çərçivəsində Quba rayonunun Qaraçay və Xucbala kənd tam orta məktəblərində dərs deyən fənn müəllimlərinə İKT təlimləri çərçivəsində müxtəlif elektron təqdimatların hazırlanması, e-derslik internet portalından istifadə qaydaları, kompüterin əlavə qurğuları ilə iş proseslərinə dair təlimlər təşkil olunur. Təlimlərə hər məktəbdən 15 nəfər müəllim cəlb edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !