Yurd un yeniyetmə könüllüləri Quba Soyqırımı Məzarlığını ziyarət edib - FOTO

“Yurd”un yeniyetmə könüllüləri Quba Soyqırımı Məzarlığını ziyarət edib FOTO

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətənə məhəbbət, öz ana torpağına, dilinə, adət-ənənələrinə, tarixinə bağlılığın təbliğ edilməsi istiqamətində müxtəlif maarifəndirici tədbirlər həyata keçirməkdədir. Belə tədbirlərdən biri də ictimai birliyin nəzdində fəaliyyət göstərən vətənpərvərlik klubunun təşkilatçılığı ilə yeniyetmələrin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti çərçivəsində icra edilib.
Vətənpərvərlik klubunun Ağbil kənd tam orta məktəbində təhsil alan yeniyetmə könüllülərindən ibarət qrupunun ziyarətinin əsas məqsədi də ölkəmizin tarixi barədə, eyni zamanda da erməni vandallarının 1918-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri soyqırım hadisələri haqqında yetişməkdə olan gənc nəslə əyani şəkildə məlumat verməkdən ibarət olub
Ziyarətdə təşkilatın sədri Ramin Mahmudov da iştirak edib və memorial kompleksin bələdçiləri ilə birlikdə gənclərə müxtəlif tarixi informasiyalar veriblər.
Gənclər öncə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin muzeyində təşkil olunmuş müxtəlif tarixi xronikalardan bəhs edən foto, video, virtual stendlərlə tanış olub, Quba soyqırımı hadisələrindən bəhs edən videofilmi izləyiblər.
Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, Azərbaycan ərazisində, müxtəlif qəzalarda ermənilər və bolşeviklər tərəfindən törədilmiş qırğınlar barədə məlumat lövhələrindən kifayət qədər informasiya əldə edən gənclərə bildirilib ki, azərbaycanlılarara qarşı törədilən soyqırımlara tarixi, hüquqi qiyməti məhz ümummilli liderimiz Heydər Əliyev verib. Muzeydə təşkil edimiş həmin tarixi sərəncam barədə məlumat verən təşkilatın sədri bildirib ki, məhz 1998-ci il 26 mart tarixində verilən bu sərəncamdan sonra hər ilin 31 mart tarixi ölkəmizdə azərbaycanlıların soyırımı günü kimi qeyd olunur və bu tarix Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə geniş şəkildə yayımlananraq Azərbaycanın haqq səsinin duyurulmasında müstəsna əhəmiyyətə malikdir.
Muzeylə tanışlıqdan sonra gənclər 2007-ci il aprel ayının 1-də qazıntılar zamanı üzə çıxarılmış Quba soyqırımı məzarlığında əyani şəkildə erməni vandalızminin nəticələri ilə tanış olublar. Burda da gənclərə həmin tarixi günlər barədə danışılıb, insanlara qarşı törədilən vəhşiliklərin canlı nümunəsi olan məzarliğın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırılmasındakı əhəmiyyətindən bəhs ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !