Qubada Gənclər üçün Təhsil Mərkəzinin regional ofisi açılıb - FOTO (YENİLƏNDİ)

Qubada Gənclər üçün Təhsil Mərkəzinin regional ofisi açılıb FOTO (YENİLƏNDİ)

Gənclər üçün Təhsil Mərkəzi Quba rayonunda yeni regional ofisinin açılışı münasibəti ilə 1-ci İntellektual Bilik Yarışı keçirilibdir.
Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsini stimullaşdırmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Quba Gənclər Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu günkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.
Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək,tədbirin tərəfdaşı “Xəmsə” kursunun şimal regionunda gənclərimizin yüksək intellektə və biliyə sahib olmaları istiqamətində apardığı işləri diqqətə çatdırmışlar.
Daha sonra komandaların iştirakı ilə yarış başlamışdır. 100-dən artıq gəncin iştirak etdiyi yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılmışdır.
Bununla bərabər həmçinin Gənclər üçün Təhsil Mərkəzi Quba Regional ofisinin açılış mərasimi baş tutub , Mərkəzin iş prinsipi rayon ictimaiyyətinə təqdim edilibdir.
 

 

***

 

Yanvarın 24-də Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qubada yeni regional ofisinin açılış mərasimi və 1-ci intellektual bilik yarışı keçirilib.

AzərTAc xəbər verir ki, Quba şəhərindəki Gənclər Mərkəzində keçirilən regional ofisin açılış mərasimində Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin hədəfləri, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə iştirakı, eləcə də ölkəmizdə gənclərin hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.

GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə Qubada regional ofisin yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, intellektual yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin tərkib hissəsidir. 1-ci intellektual bilik yarışının əsas məqsədi də gənclərin intellektual səviyyəsinin yüksəlməsini stimullaşdırmaq, onların milli-mənəvi dəyərlər və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

Mərasimdə digər çıxış edənlər də yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar.

Açılış mərasimindən sonra 100-dən artıq gəncin iştirak etdiyi intellektual yarış başlayıb.

Gərgin mübarizə şəraitində keçən bilik yarışmasında qalib gələn komandalar Gənclər üçün Təhsil Mərkəzi tərəfindən mükafatlandırılıblar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !