Sumqayıt Dövlət Universiteti tələbələrindən təqdirəlayiq addım - FOTO

Sumqayıt Dövlət Universiteti tələbələrindən təqdirəlayiq addım FOTO

Sumqayıt DövlətUniversitetinin Ritorika Universal Klubu "Reduco"Tədris Mərkəzinin təşkilatidəstəyi ilə "20 Yanvar həqiqətlərini İctimaiyyətə 5 dildə çatdırırıq" adlı tədbir təşkil etdi.
Gəncləri maarifləndirmək və onların intelektual inkişafını təmin etmək üçün müxtəlif layihələri ilə diqqət mərkəzindəolan Ritorika Universal Klubunun komandası bu dəfə öz vətəndaşlıq borclarını yerinə yətirmək üçün bir araya gəldilər.

Ritorika Universal Klubunun "Reduco" Tədris Mərkəzində təşkil etdiyi "20 Yanvar həqiqətlərini ictimaiyyətə 5 dildə çatdırırıq" adlıtədbirində Sumqayıt şəhər İdman və Baş İdarəsinin Gənclərlə iş sektorunun Baş məsləhətçisi Ceyhun Hüseynov,"Reduco" tədrismərkəzinin nümayəndələri,SumqayıtDövlət Texniki Kollecinin İngilis dili müəllimi Afət xanım və həmin kollecin tələbələri,Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etmişlər.Tədbirdə RitorikaUniversal Klubunun Sədri,SDU Kimya və BiologiyaFakultəsinin IV Kurs tələbəsi Arzu Nəbizadə,Sədr müavini,TarixFakultəsinin tələbəsi ElvinGülməmmədov,Komandaüzvləri Kimya və BiologiyaFakultəsinin II tələbəsi İshaq Mahmudov,Tarix Fakultəsinin I kurs tələbəsi İsmayıl Faxtıyev və Sumqayıt Texniki Kollecin IV kurs tələbəsi Nərgiz Bağırova azərbaycan dilində,İdarə Heyətinin üzvlərindən SDU İqtisadiyyat və İdarəetməFakultəsinin IV tələbəsi Zaur Quliyev və Kimya və Biologiya Fakultəsinin IV kurs tələbəsi Pərvin Qocayeva ingilis,rus vəərəb dillərində,Komanda üzvü Kimya və BiologiyaFakultəsinin II kurs tələbəsi Aynurə Fərhadova isə almandilində çıxış edərək 20 Yanvarhəqiqətlərindəndanışmışlar.Sonda tədbirin fəxri qonaqlarından olan Ceyhun Hüseynov və Afətxanım da öz fikirlərinibildirmiş,belə tədbirləringənclər tərəfindən təşkiledilməsinin təqdirəlayiq təşəbbüs olduğunu vurğulamışvə gənclərəbu işlərindəuğurlar arzulamışlar.Tələbələr bununla əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş şəhidlərin məzarlarıüzərinə tər çiçəklər düzmüşlər. Qeyd edək ki,bu tədbirRitorika Universal Klubunun "Reduco" Tədris Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi ilk tədbirdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !