Azərbaycanın xanım bəstəkarı Sevinc Tofiqqızı 20 Yanvar faciəsinə kompozisiya bəstələyib - FOTO+VIDEO

Azərbaycanın xanım bəstəkarı Sevinc Tofiqqızı 20 Yanvar faciəsinə kompozisiya bəstələyib FOTO+VIDEO

Saytımıza açıqlamasında bəstəkar bildirib ki, o 20-yanvar qanlı gecənin şahidi olub və şəhidlərin əziz xatirəsinə kompozisiya bəstələmək onun borcu oluğun qeyd edib: “ Mən 20-yanavar qanlı gecəsinin şahidi olmuşam. Mənim borcum idi 20-yanvar şəhidlərinin əziz xatirəsinə kompozisiya bəsləmək. Bu dəhşətli cinayətdən və bu faciədə həyatını itirən bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm”.
Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı 20-yanvar şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Ümid körpüləri” adlı musiqi kompozisiyasıya videofilmdə çəkdirib. Klipin rejissoru Əziz Orucov, aranjimanıçı isə Osman Hemidovdur.
Məlumat üçün bildirək ki, bəstəkarın “Ümid körpüləri” adlı videofilimin təqdimatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimidə təqdim olunub. Onu da deyək ki, adı gedən tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Ziyad Səmədzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, İçərişəhərin Ağsaqqallar Şurasının üzvləri Urxan Ələkbərov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev və Səadət Qəndilov iştirak ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !