"ADDIM"ın mənim 25 yaşım var layihəsi - FOTO

"ADDIM"ın mənim 25 yaşım var layihəsi FOTO

“ADDIM” Gənclər Təşkilatı nümayəndələri 20 Yanvar Şəhidlərinin xatirəsini yad etmək məqsədilə "Mənim 25 Yaşımvar" layihəsi çərçivəsində Şəhidlər Xiyabanına ziyarət təşkil etdilər. Ziyarətdə ADDIMın sədri Hüseyn Cavadzadə başda olmaqla bütün işçi heyəti, üzvlər və könüllü gənclər iştirak etdi. Təşkilatın sədr müavini Aynur Salmanovanın verdiyi məlumata əsasən ziyarətə qoşulmaq istəyən heç kəs üçün məhdudiyyət qoyulmamışdı. Buna belə aydınlıq gətirildiki, bu Azərbaycan xalqının faciə və fərəh tarixidir, bu kimi hadisələrin anım günlərində təşkilatlar , gənclər arasında parçalanma olmamalıdır, gənclər bir araya toplanmalı və birlik nümayiş etdirməlidirlər!Ziyarət zamanı ADDIMçılar Şəhidlərin məzarlarına qərənfillər qoyub, 1 dəqiqəlik sükultarın şəhidlərimizin xatirəsi yad ediblər. Sonda isə tədbirə qoşulan Abdulla Şaiq adına Dövlət Kukla Teatrının azyaşlı üzvləri 20 yanvarda həlak olan 131 şəhidin xatirəsinə simvolik olaraq 131 qara şarları havaya uçurmuşdur.
Qeyd edək ki 20 yanvar faciəsinin 25 illiyinə həsr olunan “Mənim 25 yaşım var!” şüarı ilə həyata keçirilən layihənin əsas hissəsi 20 yanvar tarixində sosial media üzərinə həyata keçiriləcəkdir. Beləki təşkilat üzvləri əsasən dünya KİVləri və sosial mediada 20 yanvar facisəinin tarixçəsi ilə bağlı müxtəlif dillərdə elektron broşurlar paylaşacaqlar. Təşkilat rəhbərliyi məhz bu tarixdə gənclərimizi səfərbər olub, müstəqilliyiiz yolunda xalqımızın keçdiyi ləyaqətli tarixi bütün dünya ictimaiyyətinə tanıtmağa çağırıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !