20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş Həyatın və ölümün dərsləri adlı tədbir-sərgi təşkil keçirildi - FOTO

20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi təşkil keçirildi FOTO

2015-ci il yanvarın 16-da saat 1200-da Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi keçirildi.
Sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidləri: Ağabəy Novruzbəylinin, Azər Ələkbərovun, Fərizə və İlham Allahverdiyevləri, Larisa Məmmədovanın, Andrey Nişşenkonun, Ülvi Bünyadzadənin, Ələsgər Qaibovun şəxsi əşyaları nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar faciəsinin şəhidləri Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova, Ələsgər Qaibovun əmisi oğlu Salman Murğuzlu, Ağabəy Novruzbəylinin atası Oqtay Novruzbəyli çıxış etdilər.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Yaqubova Mahirənin rejissorluğu ilə hazırlanan həmin universitetin tələbələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş olunacaq, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğam səsləndi.
Tədbirdə rejissor Ziya Şixlinskinin “Bakı-90” adlı sənədli filmi nümayiş olundu.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, və digər qonaqlar iştirak etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !