Azərbaycan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Azərbaycan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib FOTO

Yanvarın 15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, əlavə təhsil qurumlarının nümayəndələri, institutda ixtisasartırma təhsilində olan dinləyicilər iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqının və dövlətinin gördüyü tədbirlərdən danışıb.
Sonra Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyindəki tarixi çıxışının videolentinə və şəhidlərin xatirəsinə həsr olunmuş 20 Yanvar günlərini yada salan video-slayda baxılıb.
İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı dosent Əsabəli Quliyev 20 Yanvar faciəsi haqqında məruzə ilə çıxış edib.
Tədbirdə dinləyicilərdən Şabran şəhər 2 saylı məktəb – liseyin təşkilatçısı Rzayeva Gülşən, Sumqayıt şəhər 31 saylı tam orta məktəbin coğrafiya müəllimi Cavadova Ülviyyə, Bərdə rayonu Mirzalıbəyli kənd tam orta məktəbinin direktoru Quliyev Nizami, Zaqatala rayonu Kəpənəkçi kənd tam orta məktəbin tarix müəllimi Mirzəyev Məqsəd, Yevlax rayonu Əkşəm kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Haqverdiyeva Şəlalə, Salyan rayonu Xalac kənd tam orta məktəbinin GÇQH rəhbəri Fərzəliyev Nurlan maraqlı çıxışlar ediblər.
Tədbiri institutun əlavə təhsil üzrə prorektoru p.ü.f.d. Rahim Əzizov yekunlaşdıraraq belə tədbirlərin ardıcıl təşkil olunmasını vurğulayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !