20 Yanvar faciəsinin ildönümü teatr - konsert müəssisələrində qeyd olunur -

20 Yanvar faciəsinin ildönümü teatr - konsert müəssisələrində qeyd olunur

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü teatr - konsert müəssisələrində, kitabxanalarda , mədəniyyət ocaqlarında da qeyd olunacaq.
Belə ki, bu münasibətlə 11 yanvar tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operası nümayiş olunub. Yanvarın 16-da isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcələt" və yanvarın 20-də isə İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşasının nümayişi nəzərdə tutulur.
Anım tədbirləri çərçivəsində yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında daha bir operanın - Firəngiz Əlizadənin "İntizar " operasının nümayişi reallaşacaq.
Elə həmin gün Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş gecə də keçiriləcək. Tədbirdə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlər iştirak edəcəklər.
18 yanvar tarixində isə tamaşaçılar "Yuğ" Dövlət Teatrında Ülviyyə Heydərovanın "Yad. Daş" adlı tamaşasını izləyə biləcəklər. 20 yanvar günü isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərinə Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" adlı tamaşasının təqdim edəcək.
Şuşa Musiqili Dram və İrəvan teatrlarında da 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar toplantılar və tamaşalar təşkil olunacaq.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !