Yurd yeni layihəyə start verdi - FOTO

“Yurd” yeni layihəyə start verdi FOTO

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda yeni layihəyə start verib.
Təşkilatdan verilən məlumata görə “Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz” adlı layihə Quba rayonunun Qaraçay və Xucbala kənd tam orta məktəblərində icra olunacaq.
Layihə çərçivəsində qeyd olunan məktəblərdə dərs deyən fənn müəllimlərinə İKT təlimləri çərçivəsində müxtəlif dərs mövzuları üzrə elektron təqdimatların hazırlanması, e-derslik internet portalından istifadə qaydaları, kompüterin əlavə qurğuları ilə iş proseslərinə dair təlimlər təşkil olunacaq.
Layihə çərçicəsində Qaraçay kənd tam orta məktəbində təşkil olunan ilk tədbirdə çıxış edənlər “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Rüfət Hacıyev, Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu layihənin əhəmiyyətini vurğulayıb, son illərdə ölkəmizdə təhsil istiqamətində aparılan uğurlu islahatlardan söz açıblar. Bidirilib ki, artıq son illərdə kənd ərazilərində belə müasir infrastrukturlu məktəblərin tikilib istifadəyə verilməsi nəticəsində artıq kənd ərazilərində belə bu tipli layihlərin icrası üçün geniş imkanlar yaranıb.
Layihənin icrra olunması üçün Qaraçay kənd tam orta məktəbinin seçilməsinə görə həm icraçı təşkilata, həm də Azərbayca Resublikası Təhsil Naziliyinə təşəkkürünü bildirən məktəbin direktoru Səlimə Nəcəfova əlavə edib ki, müəllimlərin daha keyfiyyətli və günün tələbləri səviyyəsinə dərslərini qura bilmələri üçün daha geniş məlumatlar alacaq, yeni dəyişikliklərdən xəbərdar olacaq müəllimlərin sayəsində həm də şagirdlərin bilik və bacarıqlarının inkişafı, dərsləri daha yüksək səviyyədə mənimsəmələri istiqamətində müstəsna xidmətlər göstərəcəkdir.
Qeyd edək ki, icra olunan layihənin əsas məqsədi “elektron məktəb-elektron müəllim” islahatına, xüsusilə də kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !