20 Yanvar faciəsindən bəhs edən film artıq hazırdır -

20 Yanvar faciəsindən bəhs edən film artıq hazırdır

Kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 yanvar faciəsi barədə çəkdiyi “Qanlı yanvar” filmi artıq hazırdır.

AzərTAc ANS TV-yə istinadla xəbər verir ki, filmin ilk anonsu təqdim edilib.

Tarixi əhəmiyyətli “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.

Filmin çəkilişində beynəlmiləl kollektiv iştirak edir. Burada Azərbaycan ilə yanaşı, Amerika, İran, rus və türk aktyorları birgə çalışıblar. Belə ki, 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edir. Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Filmin ilk təqdimatının yanvarın 19-da keçirilməsi nəzərdə tutulur. Bədii filmdə Bakının 1990-cı ildə yanvarın 19-dan 20-ə və 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !